Suriyanı qanda boğan Rusiyadan Mosul açıqlaması - "Yaman narahatıq"

Hit: 997
Suriyanı qanda boğan Rusiyadan Mosul açıqlaması - "Yaman narahatıq"
Rusiya XİN Sergey Lavrov İraqın Mosul şəhərindəki humanitar vəziyyətin narahatverici olduğunu bildirib.
 
Təşkil edilmiş mətbuat konfransında danışan Lavrov verdiyi açıqlamada: "Müxtəlif ölkələrdən gələn və qaynar nöqtələrdə işləyən jurnalistləri, dünyanın müxtəlif regionlarındakı humanitar problemlərin həllində məsul olan BMT nümayəndələrini daha əyani şəkildə dəyərləndirilmələrinə və bunun göstərilməsində daha qətiyyətli olmağa çağırıram. Hamının gördüyü və Mosulda çəkilən görüntülər o bölgədki vəziyyətin narahatlıqverici olduğunu sübut edir" deyib.
 
Rəhim //Faktor.az
 

 









Redaktorun seçimi