Dəməşqdə İKİ PARTLAYIŞ: - ölən və yaralananlar var

Hit: 438
Dəməşqdə İKİ PARTLAYIŞ: - ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqdə "Bab əs-Saqir" qəbiristanlığının yaxınlığında iki dəfə partlayış törədilib.

Faktor.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin məlumatında bildirilir.

Polisin sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər ölüb, xəsarət alanlar da var.

Terror aktına məsuliyyəti hələ ki, heç bir təşkilat öz üzərinə götürməyib.









Redaktorun seçimi