Azı 8 PKK terrorçusu məhv edilib

Hit: 388
Azı 8 PKK terrorçusu məhv edilib

Bitlisdə keçirilən əməliyyat nəticəsində azı 8 PKK terrorçusu məhv edilib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, regionda baş verən toqquşmalarda 1 əsgər və 1 meşəbəyi də yaralanıb.

Öldürülən 8 PKK terrorçusundan üçü qadındır. Terrorçu təşkilatın iki üzvü isə sağ olaraq ələ keçirilib.

Əməliyyat tədbirləri davam etdirilir.









Redaktorun seçimi