Romada atışma: yaralılar var

Hit: 389
Romada atışma: yaralılar var

Romanın cənubunda atışma baş verib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, paytaxt İdarə Polisinin məlumatına görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumatda deyilir: "Atışma baş verib. Nəticədə 3 italyan və bir ispaniyalı olmaqla 4 nəfər yaralanıb. İnsident barədə əlavə məlumat veriləcək".

"La Repubblica" qəzetinin yaydığı məlumata görə, atışma səhər saatlarında, yerli vaxtla 5 radələrində baş verib. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində hüquq-mühafizə əməkdaşları işləyir. Atışmanın ilkin səbəbi olaraq mübahisə ehtimal edilir.









Redaktorun seçimi