Ermənistanda təşviş - uşaqları ölkədən çıxarırlar

Hit: 1305
Ermənistanda təşviş - uşaqları ölkədən çıxarırlar

Hər il Ermənistandan hərbi çağırış yaşına çatmamış 2 min uşaq mühacirətə gedir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan parlamentinin müxalifətçi  "Erməni Milli Konqressi" fraksiyasının təmsilçisi Aram Manukyan bildirib.  

"Ölkədən oğlan uşaqlarının çıxarılmasının əsas səbəbi valideynlərin onları ordudan yayındırmaq istəyidir. Bu sübut edir ki, 25 illik yarımmüharibənin mövcud uzun sürən durumu iqtisadiyyata, insanların psixikasına, həyat tərzinə təsir göstərir. Mən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakunsun araşdırmasını nəzərdən keçirmişəm.

Orada göstərilir ki, son illərin statistikası sürətli templərlə pisləşir. Əgər müharibə illərindən sonra bizi ordu ildə 40-50 itki verirdisə, 2015-ci ildə bu rəqəm 80-ə, 2016-cı ildə isə 160-a qalxdı. Bu ilin qısa bir dövründə biz 11 nəfər itki vermişik", - deyə deputat vurğulayıb.

Statistikaya görə, Ermənistanda hər il 20 min oğlan doğulur (Müqayisə üçün Azərbaycanda 70 min oğlan doğulur - red.). Onların da təxminən 10 faizi ölkəni birdəfəlik tərk edir. Bu, avtomatik olaraq Ermənistanda doğum göstəricisinin də aşağı düşməsinə səbəb olur və əhali azalır. Əgər 1990-cı illərdə Ermənistanda ildə 80 min uşaq doğulurdusa, hazırda bu göstərici 40 minə düşüb. Ermənilər həyəcanla nəsillərinin kəsiləcəyindən danışırlar.

Faktor.az









Redaktorun seçimi