Məşhur müxalifətçi həbs edildi

Hit: 651
Məşhur müxalifətçi həbs edildi

Filippin polisi ölkə prezidenti Rodriqo Duterteni tənqid etməklə məşhur olmuş müxalifətdən olan senator Leyla de Limanı narkotik maddə alverçisindən rüşvət almaqda şübhəli sayaraq həbs edib.

Faktor.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər məlumat verib.

Agentliyin məlumatında bildirilir ki, senator, onun sabiq sürücüsü, mühafizəçisi, habelə həbsxana administrasiyasının keçmiş əməkdaşlarından biri yerli məhkəmənin qərarı ilə həbs olunub.
Məhkəmə keçən həftə Ədliyyə Nazirliyi tərəfindən Limaya qarşı irəli sürülmüş cinayət ittihamında əsas tapıb. Senatordan həmçinin həbsxanalarda narkotik alverçiləri ilə əlbir olmaqda və onlardan pul almaqda şübhələnirlər.

Qeyd edək ki, senator de Lima ötən il Beynəlxalq Cinayət Məhkəməsini narkomanlara qarşı kəskin mübarizə aparan prezident barəsində təhqiqat aparmağa çağırmışdı. O, dövlət başçısının fəaliyyətini "insanlığa qarşı cinayət" adlandırırdı.









Redaktorun seçimi