Çexiyada zavodda silsilə partlayışlar: 19 yaralı - YENİLƏNİB

Hit: 297
Çexiyada zavodda silsilə partlayışlar: 19 yaralı - YENİLƏNİB

Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda baş vermiş partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb.

Faktor.az "Report"a istinadən bildirir ki, bu barədə "TASS" agentliyinə ölkənin yanğın idarəsinin rəsmisi Aleş Çernoqorsk məlumat verib. 

Məlumatda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar arasında yanğınsöndürənlər də var. 

Qeyd edək ki, zavodda içərisi partlayıcı dolu ilə çən partlayıb. Müəssisənin ərazisində yanğının qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.

21:57

Çexiyada zavodlardan birində silsilə partlayışların baş verməsi nəticəsində azı 18 nəfər xəsarət alıb.  

Faktor.az APA-ya istinadən xəbər verir ki, partlayışlar Poliçka şəhəri yaxınlığındakı zavodun istehsalat sexində baş verib.
 
İnsident zamanı azı üç xilasedici xəsarət alıb.
 
Hadisənin səbəbləri araşdırılır.









Redaktorun seçimi