İranı "dabanı"ndan yaraladılar - Şiə mollalarının qan qusdurduğu ərəblər necə ayağa qalxdı?

Hit: 4982
İranı "dabanı"ndan yaraladılar - Şiə mollalarının qan qusdurduğu ərəblər necə ayağa qalxdı?

Baş rolda İranın oynadığı Orta və Yaxın Şərqdə yaşanan qanlı savaşların bir də bumeranq effekti yaşanmağa başladı.

Son 15 ildir ki, müsəlman dünyası tarixinin ən ağır dini çatışmasının bədəlini ödəyir. Şiə və sünni qarşıdurması özünün ən qaynar fazasına 2010-cu il ərəb dünyasında baş verən inqilabları ilə daxil oldu.

Ərəblərin "Axilles dabanı"nı tapan çoxbilmiş fars ağaları və onların eynəkli piyonları qızıl məcməyidə ortaya qoyulan fürsəti qaçırmamaq bir yana, daha artıq maraq əldə etmək üçün savaşa daxil oldular.

Bu savaş İslam dünyasının şiə toplumunu İran, daha doğrusu fars imperializminə qul etmək üçün detereminant rolunu oynamağa başladı.

Yəmən, Əfqanıstan, Livan, Suriya, İraq, Türkiyə ələviləri, Fələstin və hətta Azərbaycan da daxil olmaqla şiə kartı ilə vuruldu, oyuna soxuldu və ya buna cəhd edildi.

İranın bu dövlətlərdə nə qədər qazanc əldə etdiyini artıq hamı yaxşı bilir. Türkiyədə şiələr dövlətə inanmır, Yəməndə husilər hakimiyətə gəlir, Suriyada Əsəd qaldı, İraqda Səddam sonrası qanına bələnən sunni toplumun əksinə şiələr İranın dəstəyi ilə güclü fars piyonlarına və dini mərkəzlərə qulluq edən qüvvələrə döndü.

Əfqanıstan diz çökdü, Livanda Hizbulla hərbi amirliyi quruldu.

Müstəqil Azərbaycan əhalisinin şiə qisminə təlqin edildi ki, şiələr burda məhv edilir, yəhudilərin dostu olan hakimiyyət şiə topluma divan tutur və s.

Bu arada Ərdoğanın İran haqda dediyi sözləri də xatırlatmaq yerinə düşər. "İran, fars millətçiliyi ilə Suriya və İraqı parçalamaq istəyir".

İran bunların sonunda nə əldə etdi?

Baxın xəritəyə şiə ayparası yaranıb, Tehran, Bağdad və Şam arasında...

Bütün bunları İran təkbaşına necə bacara bildi?

Bu sualın cavabına ən yaxşı halda ABŞ və Rusiyada cavab tapmaq olar.

Bizi tamam başqa bir məsələ maraqlandırır.

Bu qədər uğurun fonunda İran əlehdarları heçmi müqavimət göstərə bilmədilər?

Bumeranq

Bir neçə gündür bütün dünya İranın Əhvaz şəhərində baş verən qarşıdurmalardan danışır.

İran kimi qarışıq, mürəkkəb  etnososial, yarımqapalı dövlətdə yaşananlar böyük rezonans doğurdu. İçindən dalğalanmağa başladı.

Yaxşı, Güney Azərbaycan varkən, nədən Əhvaz etiraza qalxdı, Sepaha divan tutdu?

Əhvaz - adını farslar Xuzistan olaraq dəyişdilər, 5 milyon ərəb bu bölgənin köklü sakinidir.

Bəxtiyarilər və Mandealilər də burda yaşayır. Amma bu ərəbləri zəif salan əsas səbəb şiə və sünni inanclara bölünməsidir. Şah zamanında farsların ari irq təbliğatını əvəz edən Homeyninin şiə kimliyi bu ərəblərə sadəcə zülm vermədi, milli kimliyini də təhlükə altında saxladı. Bölgə 1925-ci ilə qədər, Rza şah hakimiyyətinə kimi Muhammere Şeyhi Hazal el Kabi tərəfindən idarə edildi.

Sami kökənli bu ərəblər Xuzistanın yaradılması ilə bütün kəndlərinin ərəbcə adını itirdi. Şiə inanclarının ucbatından əsasən sünni olan ərəb dünyası tərəfindən rədd edildilər.

İranda neft bumunun başlaması ilə Əhvaz ərəblərinin həyatı daha da pisləşdi. İranın iç vilayətlərinə köçürüldülər, qovuldular, qalanlara isə milyardlarla neft pulundan bir qəpik də düşmədi.

Onlar üçün molla rejiminin inşa etdiyi gecəqondular sonda gettolara çevrildi.

BMT məruzəçisi Milon Xotarinin hesabatına görə, öz torpaqlarında sürgün həyatı yaşayan bu ərəblərin aclıq səviyyəsi Afrika dərəcəsindədir.

Əksər kəndlərdə məktəb yoxdur. İranda savadsızlıq səviyyəsi 10-12 faiz olsa da burda 50 faizi aşır.

Öz dillərini yarımçıq bilirlər, fars dilini isə məcburən öyrənirlər. Onların heç bir siyasi təşkilatına, mədəni tədbirinə izin verilmir, olduqca sərt formada cəzalandırılırlar.

İçindən parçalanan ahvazlıların heç bir siyasi və qanuni fəaliyyətinə müsaidə edilmir.

Onların bütün tələbləri yerindəcə boğulur.

Buna rəğmən bir neçə dəfə əhvazlı qruplar mərkəzi hökümətə qarşı çıxmağı da bacarıblar.

Neft quyularını partlatmaq, din xadimlərini infaz etmək bu qəbildəndir.

Dövlət onların aktivitslərini Şeytani, Vahhabi, Baasçı və agent kimi təsvir edir.

Qısaca mənzərə aydındındır.

İranın ən zəif yeri Əhvazdır və əsas neft rayonudur.

Suriyaya İranın 35-ci əyaləti deyən İran rəsmilərinin qulağının dibində partlayan bombanın səsi şox destibellidir.

Kimin burda əlinin olmasını axtarana qədər bu strateji mövqeyə də baxaq:

Ahvaz dəmir yoluyla Basra Körfəzinə bağlıdır və Bəndər Şahpur neft yataqlarının da mərkəzlərindən biridir.

Gündə 250 min varil neft istehsal edilir.

"Əhvaz müstəqilləşənə qədər neft borularını partaladaq" hərəkatı başlayandan İran milyonlarla dollar ziyana düşüb.

Ən son olaylarda Səudiyyə və Körfəz izləri açıq-aşkar görünsə də, İranın dabanı yaralandı.

Əziz Əlibəyli //Faktor.az

 









Redaktorun seçimi