Qatar relsdən çıxıb: 1 ölü, 27 yaralı

Hit: 308
Qatar relsdən çıxıb: 1 ölü, 27 yaralı

Belçikanın mərkəzində sərnişin qatarı Lüven şəhərinin vağzalının yaxınlığında relsdən çıxıb.

Milli.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 3-ü ağır olmaqla, 27 nəfər yaralanıb.

Ölkənin baş naziri Şarl Mişel hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Faktor.az









Redaktorun seçimi