Belçikada qatar relsdən çıxıb, 1 ölü, 20 yaralı - FOTOLAR

Hit: 541
Belçikada qatar relsdən çıxıb, 1 ölü, 20 yaralı - FOTOLAR

Belçikada sərnişin qatarının relsdən çıxması nəticəsində azı bir nəfər ölüb, beşi ağır olmaqla, 20 nəfər yaralanıb.

Belçikanın mərkəzi hissəsindəki Leuven vağzalından yola düşərkən relsdən çıxan qatarın iki vaqonu aşıb. Hadisə səbəbindən müxtəlif istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Ölkənin Baş naziri Şarl Mişel hadisə yerinə gəlib.

Brüssel istiqamətdə hərəkət edən qatarda qəza zamanı 100 sərnişinin olduğu bildirilir.

1
1
1
1
1
1
1








Redaktorun seçimi