İran geri çəkildi - Təbrizlilərdən Bağırxan qələbəsi - FOTOLAR

Hit: 2369
İran geri çəkildi - Təbrizlilərdən Bağırxan qələbəsi - FOTOLAR

İranda Milli Azadlıq hərəkatının simvollarından olan Bağır Xanın məqbərəsi ətrafında təşkil edilən ayaqqabı sərgi-yarmarkası təbrizlilərin çoxsaylı etirazlarından sonra yığışdırılıb.

Faktor.az xəbər verir ki, bu haqda Təbriz Ayaqqabı İstehsalçıları Assosiyasının sədri Əlirza Cabbarianfam məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yalnız ayaqqabı təsviri olan fotolar yayılıb: "Həmin ərazidə fotolarla yanaşı çantalar, məişət əşyaları, xalçalar da sərgilənib. Bütün bunlara baxmayaraq, müvafiq qanunlara əsasən Şərqi Azərbaycan vilayətinin Nəzarət Komissiyasının icazəsi olmadan Beynəlxalq Ekspo Mərkəzindən kənarda təşkil olunan satış yarmarkalarının fəaliyyəti qeyri-qanuni və yolverilməzdir".

1
1








Redaktorun seçimi