Xəzərin üstündən keçib İŞİD-in "paytaxt"ını bombaladılar

Hit: 380
Xəzərin üstündən keçib İŞİD-in "paytaxt"ını bombaladılar

Rusiyanın Tu-95MS tipli uzaq məsafəli nbombardmançıları İŞİD-in paytaxtı hesab edilən Rakka şəhərini qanadlı raketlərlə vurublar.

Faktor.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Mənbəyə görə, İran və İraqın hava məkanlarından keçməklə Suriyaya daxil olan hərbi təyyarələr Х-101 qanadlı raketləri ilə Rakkaya zərbə endiriblər. Hədəf olaraq terrorçuların hərbi düşərgələri və İŞİD-in iri dəstələrindən birinin idarəetmə məntəqəsi olub. Bütün hədəflər uğurla vurulub.

Bombardmançıları Suriyanın Hmeymim aviabazasında yerləşən Su-30SM və Su-35S qırıcıları müşayiət ediblər.









Redaktorun seçimi