Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

Hit: 327
Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Faktor.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib. 

"Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb", - deyə qeyd edib.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.









Redaktorun seçimi