Türkiyədə işsizlik bir daha artıb

Hit: 443
Türkiyədə işsizlik bir daha artıb

Türkiyə Statistika Komitəsinin (TÜİK) verdiyi acıqlamaya görə, 2016-cı ilin noyabrında işsizlik səviyyəsi 12,1 faiz təşkil edib və 2015-ci ilin noyabr ayı ilə nisbətdə işsizlərin sayı 590 min artıb.

İşsizlərin ümumi sayı 3 milyon 715 min nəfərə çatıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, 2016-cı ilin noyabr ayında qeyd edilən 12,1 faiz işsizlik səviyyəsi 2010-cu ilin mart ayından sonra qeyd alınan ən yüksək rəqəmdir.

15-24 yaş arasında olan işsizlərin sayı 3,5 faiz artaraq 22,6 faizə çatıb.

Oktyabr ayında isə işsizlik 11,8 faiz qeyd olunub.

TUİK-in verdiyi məlumata əsasən Türkiyənin iqtisadiyyatında işçilər sektorlar arasında belə bölünüb:

Kənd təssərüfatı: 18,7 faiz

Sənaye: 19,6 faiz

İnşaat: 7,4 faiz

Xidmət: 54,2 faiz

Faktor.az









Redaktorun seçimi