Avstriyada qar uçqunu baş verib, ölənlər var

Hit: 476
Avstriyada qar uçqunu baş verib, ölənlər var

Bu gün Avstriyanın Alp dağlarında  baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib.

Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub.

Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.









Redaktorun seçimi