Qatar qəzası 39 can aldı, xeyli yaralı var - YENİLƏNİB - VİDEO - FOTOLAR

Hit: 476
Qatar qəzası 39 can aldı, xeyli yaralı var - YENİLƏNİB - VİDEO - FOTOLAR

16:36

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
 
Faktor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.
 
Hindistanın baş naziri Narendra Modi ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib. 

----------

13:15

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Faktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

"Xilasetmə, işləri demək olar ki, başa çatıb. Bizim birinci dərəcəli vəzifəmiz yaralı sərnişinlərin qayğısına qalmaq və onları xəstəxanalarda lazımi müalicə ilə təmin etməkdir. Biz eyni zamanda bütün vaqonlarda axtarışları davam etdiririk ki, onlarda kiminsə qalmadığına əmin olaq", - deyə ölkənin dəmiryol xidmətinin nümayəndəsi bildirib.

---------

09:35

Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 32 nəfərədək artıb, 50-yə yaxın insan zərər çəkib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, "Hindistan Dəmir Yolları" kompaniyasında hadisənin səbəbləri arasında sabotaj versiyasını istisna etmirlər.

----------

09:11

Hindistanda qatarın relsdən çıxması nəticəsində azı 23 nəfər həlak olub, yüzə qədər insan zərər çəkib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Orissa və Andhra-Pradeş ştatlarının sərhədində baş verib. Qatarın səkkiz vaqonu və lokomotivi relsdən çıxaraq aşıb.

Yaralılar qəza yerinin yaxınlığındakı xəstəxanalara yerləşdiriliblər. Dəmir yolunun bu xəttində qatarların hərəkəti dayandırılıb.

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi