Azərbaycan mətbuatına müsahibə verən menecer Ermənistanda təhdid edilir

Hit: 604
Azərbaycan mətbuatına müsahibə verən menecer Ermənistanda təhdid edilir

Erməni millətçiləri sosial şəbəkələrdə Yerevandan olan gənc menecer Serqey Culakyan üzərində fiziki divana səsləyən çağırışlar yayıblar. Buna səbəb Ermənistan vətəndaşı olan bu ictimai fəalın bu günlərdə haqqin.az və virtualaz.org saytlarına verdiyi müsahibə olub.

Virtualaz.org xatırladır ki, S.Culakyan həmin müsahibəsində Ermənistan hakimiyyətini tənqid etmiş, "Ermənistan və Azərbaycan arasında sülh Platforması"na qoşulmaq arzusunda olduğunu bildirmişdi.

Bundan başqa, Yerevanda Culakyanın sevgilisinə və bacılarına da təzyiq göstərməyə başlayıblar.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Serqey Culakyan özü Yerevanı tərk etməyə və başqa ölkəyə getməyə imkan tapıb.

Onu da qeyd edək ki, Serqey Culakyan "Ermənistan və Azərbaycan arasında sülh Platforması"na qoşulduğunu bildirən və təzyiqə məruz qalan ilk Ermənistan vətəndaşı deyil. Platformanın Ermənistandan olan bütün üzvləri rəsmi Yerevan və erməni millətçiləri tərəfindən bu və ya digər formada təzyiqlə rastlaşıblar.

Faktor.az









Redaktorun seçimi