Netanyahu fars rejimini rəzil etdi - Teokratik tiranlıq tərəfindən əsir edilibsiniz

Hit: 2378
Netanyahu fars rejimini rəzil etdi - Teokratik  tiranlıq tərəfindən əsir edilibsiniz

İsrail baş naziri Netanyahu İran xalqı üçün yazdığı yazısında 'Ölkənizdəki rejim hər gün İsrailin yıxılması barədə çağırışlar edərək, aramızda nifaq toxumu səpmək istəyir. Bu, doğru deyil. Biz sizin düşməniniz deyilik, dostunuzuq'- deyib.

Faktor.az bildirir ki, İsrail baş naziri Benyamin Netanyahu İran xalqı üçün məktub yayımlayıb.

Netanyahu ABŞ-ın yeni Prezidenti Donald Trumpla  onun İran rejiminin necə qarşılayacağı haqda danışacağını bildirib. Son zamanlar İran rejiminə qarşı çıxışlar etdiyini, ancaq bu çıxışın İran xalqına qarşı olmadığını bildirən Netanyahu 'Ümid edirəm, bu danışığımı yaşlı-cavan, qadın-kişi bütün İran xalqı izləyər. Qorxu içində yaşadığınızı bilirəm. Azad danışmaq istədiyinizi bilirəm. Qürur duyacağınız tarixiniz var. Zəngin mədəniyyətiniz var. Teokratik  tiranlıq tərəfindən əsir edilibsiz. İran, yenə də məhdudiyyətlər olmadan irəliləyə bilərsiniz. Ancaq rejim sizi nəzarət altında saxlamaq istəyir.' ifadələrindən istifadə edib.

 "2009-cu ildə insanların Tehran küçələrində öldürülməsin və Nida Sultanın səkidə son nəfəsini verdiyi anı heç vaxt yaddan çıxarmayacam" deyən Netanyahu " Rejim hər gün İsrailin məhv olmasını arzulayaraq aramızdakı düşmənçiliyi artırmaq istəyir. Bu, doğru deyil. Biz sizin dostunuzuq, düşməniniz deyil. İran xalqı ilə rejimini daim bir-birindən ayrı hesab etdik." deyib.

Netanyahu açıqlamasını aşağıdakı kimi bitirib: "Rejim zalım insan deyil. Rejim aqressiv, insanlar səmimidir. Yəhudilərlə iranlıların yenidən azad şəkildə Tehranla İsfahanın, Təl-Əvivlə Qüdsü ziyarət etdiyi günlərin geri gəlməsini istəyirəm. Fanatiklər əsla qalib gəlməməlidir. Xalqlarımız asayişli və ümidli bir gələcək üçün birlikdə hərəkət edə bilərlər. Terroru məğlub etməliyik və azadlığın və dostluğun qalib gəldiyindən əmin olmalıyıq."

Rəhim // Faktor.az









Redaktorun seçimi