20 yanvar şəhidləri Almaniyada anıldı

Hit: 516
20 yanvar şəhidləri Almaniyada anıldı

Yanvarın 20-də Almaniyanın Mainz şəhərinin baş meydanı „Gutenbergplatz“-da adı çəkilən şəhərdə fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Bu barədə Azərbaycan-Türk Cəmiyyətinin başqanı Sarvan Rizvanov məlumat verib. Onun sözlərinə görə tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, Sovet ordusunun dinc yerli əhalini vəhşıcəsinə qırması haqqında məlumatların olduğu vərəqələr paylanıb. Tədbirdə gənclərimiz xüsusi fəallıq nümayiş etdiriblər. 20 Yanvar faciəsindən danışan insanlar bildirib ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq. Eyni zamanda, bu hadisə Azərbaycanın azadlıq mübarizəsində bir qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb. Qərara alınıb ki, dinc əhaliyə qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qürumlara yeni müraciətlər göndərilsin. Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda öz canını Vətənə qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq.

Elnur Eltürk









Redaktorun seçimi