Pakistanda partlayışda ölənlərin sayı artıb

Hit: 260
Pakistanda partlayışda ölənlərin sayı artıb

Pakistanın şimal-qərbindəki Kürrəm əyalətində tərəvəz bazarında törədilən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 90 nəfər isə xəsarət alıb.   

Faktor.az APA-ya istinadən xəbər verir ki, insident ötən gün Paraçinar şəhərində baş verib.

Məlumata görə, tərəvəz konteynerində gizlədilən partlayıcı qurğu bazarda insanların gur olan vaxtında işə salınıb.   

İki radikal qruplaşma - "Laşkari Canqvi" və "Təhriki Taliban Pakistan" partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.   









Redaktorun seçimi