Çində qayanın hotelin üzərinə düşməsi nəticəsində 12 nəfər ölüb

Hit: 344
Çində qayanın hotelin üzərinə düşməsi nəticəsində 12 nəfər ölüb

Çinin Hubey əyalətində yerləşən hotelin üzərinə dağ süxurlarından ibarət qayanın düşməsi nəticəsində 12 nəfər dünyasını dəyişib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə dünən gecə Syanfan şəhərinin Nançjan mahalında baş verib. Qaya uçqunu hotel binasının arxa hissəsində olub. Nəticədə mehmanxana qismən dağılıb.

Xilasetmə qərargahının son məlumatlarına görə, ekspert qiymətləndirilməsi və hadisə yerini araşdırdıqdan sonra xilasedicilər dağıntılar altında heç kimin sağ qalmadığını müəyyənləşdirib. Binanın uçqunu altında qalmış 10 nəfər ölmüş hesab edilib.

Qeyd edək ki, hotelin dağıldığı zaman 15 nəfər üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda olub. Daha əvvəl 2 nəfərin öldüyü, 3-nün isə yaralandığı məlum olub.









Redaktorun seçimi