"Məni bu kreslodan heç kim ayıra bilməz" deyən prezident qərarını verdi - FOTOLAR

Hit: 663
"Məni bu kreslodan heç kim ayıra bilməz" deyən prezident qərarını verdi - FOTOLAR
Senegal ordusu hazır vəziyyətdədir.
Qambiyada prezident seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyətdən getməyəcəyini deyən Yahya Jammeh, Senegal ordusunun ölkəyə müdaxilə edəcəyi barədə rəsmi məlumatdan sonra istefa verməyi qəbul edib. 
 
 
Televiziya vasitəsilə açıqlama verən Qambiya prezidenti istefa verməyə hazır olduğunu deyib. 
 
BMT-nin məlumatına görə Qambiya ordu və polis səlahiyyətliləri, siyasi böhran səbəbiylə Senegala qaçan 45 min qambiyalının ölkəyə geri qayıtması ilə bağlı çağırış ediblər. 
 
Qambiyanın seçilmiş prezidenti Barrow isə dünən Twitter hesabında Jammehin vəzifəsindən ayrıldığını bəyan edib. Prezident bildirib ki, Jammeh çox güman ki, bu gün ölkəni tərk edəcək. Onun Qvineyaya qaçaçağı deyilir
 
 
Baş Qərargah rəisi Ousmane Badjie, ölkənin təhlükəsizlik qüvvələrinin seçilmiş prezident Barrowa dəstək verəcəklərini bildirib. 
 
Prezidentin istefa verməsi ilə bağlı son hazırlıqların görüldüyü deyilir. 
 
Xatırladaq ki, dekabr ayında keçirilmiş seçkilər zamanı Jammeh,  Barrowa məğlub olmuşdu. Lakin o "Bu kreslo öz sahibini istəyir" deyərək hakimiyyətdən getməyəcəyini demişdi. Bundan sonra seçilmiş prezident Barrow Senegala qaçmışdı. 
 
Qambiya parlamenti prezidentin səlahiyyətlərini 90 gün artırmış və ölkədə fövqəladə vəziyyət elan edilmişdi. 
 
Qeyd edək ki, Jammeh 1994-cü ildən hakimiyyətdə idi. (Bizimyol)








Redaktorun seçimi