Terrorçu Türkiyə polisi qarşısında şərt qoydu

Hit: 734
Terrorçu Türkiyə polisi qarşısında şərt qoydu

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripovun İstanbul Terrorla və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində sorğusu davam edir.

Faktor.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, polis Maşaripovun dörd yaş beş aylıq oğlunu özləri ilə aparan üç terrorçunu tapmaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

İlkin məlumatlara görə, 39 nəfərin qatili polislərdən tez-tez oğlunu soruşur və o, uşağı tapıldığı halda hər şeyi danışacağını söyləyib. 

Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə.Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan birinin qırğız əsilli kişi, digər üçünün qadın olduğu bildirilir.

Ə.Maşaripovun iki il ərzində Əfqanıstan və Pakistanda təlim gördüyü, türk, özbək, rus, ərəb və çin dillərini bildiyi deyilir.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər isə yaralanıb.

 









Redaktorun seçimi