Xamneyiyə şok məktub - Gec olmadan..

Hit: 1445
Xamneyiyə şok məktub - Gec olmadan..

İranın Ali dini lideri Ayətullah Əli Xamneyinin dayısı Seyid Hüseyn Mirdamədi Xamneyiyə məktub yazaraq onu eks-prezident Haşimi Rəfsancaniyə olan münasibətinə görə sərt şəkildə tənqid edib.

Məktubda Seyid Hüseyn Mirdamədi  Mirdamədi Xamneyiyə yanlışlarından əl çəkməyi tövsiyə edib.

"Çox gec olmadan, dövrün bitmədən, işlər tamamilə cığırından çıxmadan, mülk və millət əldən getmədən gedişatı dəyişdir və yanlışları düzəlt". 

Xamneyini Məşhəddən Tehrana çağıraraq İnqilab Şurası, Tehran Cümə namazı imamı və sonda ölkənin lideri edən şəxsin H. Rəfsancani olduğunu xatırladan Mirdamədi, ''Qarşılığında isə liderlik mövqeyinin ona qarşı rəhmsiz olduğunu və təsir dairəsini azaltmaq istədiyinin şahidi olduq. Xamneyinin müdaxiləsi və ya səssiz qalması mümkün olmayan Rəfsancaninin prezdentliyə namizədliyinin (Konstitusiyanın Qoruyucuları Şurası tərəfindən) geri götürülməsi mərhəmətsizliyin pik həddi idi'' deyə qeyd edib.

Xamneyinin başsağlığı mesajında elmi səviyyəsi ondan yüksək və ya onunla bərabər olan Rəfsancani üçün ''Ayətullah'' sözü əvəzinə bir pillə aşağı elmi səviyyə olan ''Höccətül-İslam'' ifadəsini işlətdiyinə görə də tənqid edən Mirdamədi, ölkənin dini elm mərkəzi olan Qumdakı təqlid orqanı Ayətullahlarının belə, Rəfsancani üçün Ayətullah dediyini bildirib. 

Məktubda etibarsızlaşdırma siyəsətinin təkcə Rəfsancani ilə məhdudlaşmadığını qeyd edən Mirdamədi, Rəfsancaninin müxalif liderləri Mirhüseyn Musəvi, Zəhra Rahneverd və Mehdi Kerrubinin qeyri-qanuni şəkildə ev dustağı edilməsinə qarşı çıxmasının, siyasi məhbusların azad edilməsini tələb etməsini, ölkə lideri vəzifə müddətinin 10 ilə endirilməsi və tək lider mənasına gələn ''Vilayeti Mütləq'' əvəzinə Şura prinsipini ön plana çıxarmasını Xamneyinin Rəfsancaniyə müxaliflik etməsinin səbəbləri arasında göstərib.

Xamneyini ciddi tənqid edən Mirdamədi, onun islahatçı eks-prezident Məhəmməd Hatəmi haqqında qeyri-qanuni əmrlərinin olduğunu bildirib.

''Hatəmiyə illeqal görüntü yasağı gətirildi. Ölkəni tərk etmə və mərasimlərə qatılma qadağası da tətbiq edilib. Xalqın sərbəst şəkildə qatıldiği Rəfsancaninin vida mərasimində keçmiş prezident Hatəmi iştirak edə bilmədi'' deyən Mirdamədi müxalif liderlərinin dərhal azad edilməsini tələb etdi. 

Mirdamədi məktubunu aşağıdakı sözlərlə bitirdi:

"Ömür günəşi bitmədən, səni tənqid etdiyi üçün həbs edilən qadın-kişi, yaşlı-gənc hər kəsi azad etdir. Beləliklə, nifrət, təzyiq, şiddət və məzlumu əzmək yerinə, məhəbbət, şəfqət və mərhəmət iqamət etsin ''.

Rəhim Ramiz //Faktor.az









Redaktorun seçimi