İŞİD dünya mədəniyyətinin ən qədim mərkəzini dağıtdı - SON DƏQİQƏ - FOTOLAR

Hit: 876
İŞİD dünya mədəniyyətinin ən qədim mərkəzini  dağıtdı - SON DƏQİQƏ - FOTOLAR

Suriya dövlət televiziyası terror təşkilatı İŞİD-in antik şəhər Palmiradakı Roma teatrı və sütunları məhv etdiyini elan edib.      

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında antik şəhəri yenidən ələ keçirən İŞİD-in dünən də eyni yerdə kütləvi edam etdiyi bildirilib.

İŞİD, 20 may 2015-ci ildə qarşıdurmaların ardından tarixi Palmira antik şəhərinin nəzarətini təmin etdi. Əli qanlı terror təşkilatı, minlərlə illik tarixə malik şəhərdəki tarixi əsərləri xarabaya çevirdi. BMT təhlükəsizlik qüvvələrinin qoruması altında bölgəyə gedən YUNESKO-nun nümayəndə heyəti, Palmiradakı böyük heykəllərin, büstlərin, qəbirlərin və abidələrin böyük bir qisminin dağıdılmasını açıqlayıb.

Antik şəhərin İŞİD-dən azad edilməsi ilə əlaqədar olaraq 2016-cı ilin may ayında amfiteatrda konsert verilib. Ancaq Dəməşq rejimi ötən ilin sonunda bütün gücünü Hələb müharibəsinə yönəltdiyi bir zamanda İŞİD geri döndü və Palmira ətrafını dekabrda yenidən ələ keçirdi.

Suriyadakı vətəndaş müharibəsindən əvvəl Palmira, ölkənin ən mühüm turistlik mərkəzlərindən biri idi. Hər il minlərlə turist antik şəhəri görmək üçün bölgəyə axın edirdi.

Çölün Gəlini adı ilə də tanınan Palmiranın tarixi e.ə. 19-ci əsrə qədər gedib çıxır. Yunan və Roma mənbələrində isə şəhərin adı 1-ci əsrdən etibarən sənədlərdə yer alır.

Faktor.az

1
1
1








Redaktorun seçimi