Obamanın son günü - Qan və göz yaşı qoyub gedir

Hit: 1008
Obamanın son günü - Qan və göz yaşı qoyub gedir

ABŞ-ın hazırki prezidenti Barak Obama bu gün postunu Donald Trumpa təhvil verəcək.

Söyləntilərə görə, 2008-ci ildən hakimiyyətdə olan Obama, prezident seçkilərində iştirakı zamanı dəyişiklik və sülh vəd etməsinə baxmayaraq, ölkəyə qan və göz yaşından başqa bir şey gətirmədi.

8 illik prezidentlik müddəti ərzində Obama, İraq, Əfqanıstan, Quantanamo və Yaxın Şərq məsələsində verdiyi sözlərin heç birini tutmadı.

2009-cu ildə ikinci dəfə prezident seçilməsinin ardından Türkiyəyə səfər edərək güclü tərəfdaşlıq vədi verən Obama, bu məsələdə də sözünə xilaf çıxmış oldu.

Addımını atdı, sülh mükafatı aldı

Hakimiyyətə gəldiyi ilk aylarda Nobel Sülh Mükafatı alan Obama, yüzlərlə mülki vətəndaşın ölümünə səbəb olan pilotsuz uçuş aparatları və iki müharibə ilə yüz minlərlə insanın qanına girdi. On il davam edən axtarışından sonra Əl-qaidə lideri Usame bin Laden, ABŞ ordusu tərəfindən 2011-ci ilin may ayında Pakistanda qətlə yetirildi. 2014-cü ildə ABŞ-ın növbəti hədəfi bu dəfə İraq oldu. İŞİD-ə qarşı başladılan hava əməliyyatlarını bəhanə edərək İraqı yenidən bombalamağa başladı.

"Topal ördək” etimadı itirdi

Xarici siyasətdə həmlələri zəif olduğu üçün "topal ördək” ləqəbi verilən Obama, ikinci dəfə prezident seçilməsinin ardından, Türkiyə ilə tərəfdaşlıq və güclü əlaqələr mesajı verməsinə baxmayaraq, Türkiyənin düşmənlərinə (terrorçulara) açıq dəstək verərək ona olan güvəni itirdi.

Kimyəvi silahların istifadəsinə səssiz qaldı

Obama hakimiyyəti Suriyada yaşanan vətəndaş  müharibəsində əvvəl "Əsəd getməlidir deyəndə, daha sonra geri addım ataraq cani Əsədin xalqını qırmasına səssizcə baxdı. Suriya məsələsində Türkiyənin "təhlükəsiz bölgə" və "uçuşa yasaq bölgə" tələblərinə seyrci qalınması ilə qaçqın dramını davam etdirdi.

Afrikalılar üçün də xəyal qırıqlığı

Obamanın Afrika kökənli olması onun president seçilməsi zamanı Afrikalılar üçün ümid işığı olmuşdu. Ancaq səhiyyə və qidalanma problemlərinin həll olunmasını gözləyən yoxsul Afrika xalqı Obama dövründə də tam bir xəyal qırıqlığı yaşadı.

İraqa terrorçularla geri döndü

2008-ci ildəki seçki kampaniyasında terrorçu qruplaşmaların ən qısa müddətdə İraqdan çıxarılacaqları və hərbi qüvvə buraxmayacağını açıqlayan Obama rəhbərliyi, 2011-ci ildə sözünü tutmayaraq 2014-cü ildə İŞİD ilə mübarizəyə başlamaq adı ilə yenidən əvvəlki siyasətinə geri döndü. Öz əsgərlərini İraqdan geri çəkən Obama administrasiyası İraqdakı fəaliyyətini davam etdirmək üçün Haşdi Şabi kimi terrorçu qrupları silahlandırmaqla istifadə etməyə başladı.

Obama Erməni soyqırımı iddialarına…

Mavi Mərmərə hücumu sonrası İsrailin yanında yer alan və BMT-də İsraili qoruyan Obama, Erməni soyqırımı iddialarını "böyük fəlakət adlandıraraq Türkiyəni qaraladı. Bununla yanaşı, president Məhəmməd Mursinin devrilməsinə səbəb olan Obama rəhbərliyi, darbeci Sisiyə açıq dəstək verdi.

Əfqanıstan müharibəsi 16 ildir davam edir

İkinci dəfə prezident seçildikdən sonra Əfqanıstan müharibəsini bitirəcəyini vəd edən Obama, ordunu geri çəkməməklə birgə əsgər sayını daha da artırdı. Talibanın Kunduz şəhərini ələ keçirməsinin ardından 2016-cı ildə buraya yenidən əsgər göndərən ABŞ-ın, 11 sentyabr 2001-ci ildə başlayan Əfqanıstan müharibəsi artıq 16 ildir ki, davam edir.

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi