İran qan tökə-tökə Türkiyə sərhəddində - Böyük oyun qurdu - FOTOLAR

Hit: 3867
İran qan tökə-tökə Türkiyə sərhəddində - Böyük oyun qurdu - FOTOLAR
Suriyada bir tərəfdən böhranın siyasi həlli üçün cəhdlər davam edərkən, digər tərəfdən böyük dağıntıya uğrayan ölkənin yenidən inşası üçün işlər görülür.
 
İrana Aralıq dənizi yolu
 
Suriyadakı müharibədə cinayətkar Əsədi ayaqda saxlayan güclərdən biri olan İran da Rusiyanın ardınca rejimlə əhatəli bir razılaşma əldə edib. İrana Aralıq dənizi sahilinə daxil olmağa zəmanət verən razılaşma telekommunikasiya, enerji və kənd təsərrüfatı kimi sahələri də əhatə edir.
 
 
Suriyanın baş naziri İmad Hamis ötən gün İranın paytaxtı Tehrana rəsmi səfər edib.
 
O, İran prezidenti Həsən Ruhani, prezidentin birinci müavini İshaq Cahangiri ilə bir araya gəlib.
 
Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə əhəmiyyətli razılaşmalara imza atılıb. Razılaşmalara görə, Suriyada telekommunikasiya, kənd təsərrüfatı, dağ-mədən və enerji sahələrində İrana əhəmiyyətli imtiyazlar verilir. Həmçinin İranın Aralıq dənizinə çıxışı da zəmanət altına alınır. Beləliklə, İranın Bəsrə Körfəzindəki qaynaqlardan əldə etdiyi nefti, Aralıq dənizi üzərindən ixrac etməsinə də yol açılacağı bildirilir.
 
Suriyada 2011-ci ilin mart ayında başlayan döyüşdə Əsəd rejiminin ən böyük dəstəkçisi mövqeyində olan İranın, bu sayədə döyüşə qoyduğu investisiyanın karını yığmaq məqsədində olduğu deyilir.
 
İran daha əvvəl də Suriya rejiminə 10 milyard dollar məbləğində kredit vermişdi.
 
İran İnqilab Keşikçilərinə bağlı yüzlərlə komandirin yanında, İrandakı əfqan və pakistanlı qaçqınların ibarət qruplar, Hizbullah və İraqlı şiə milislər, Suriyada Əsəd rejimini tərəfində döyüşür.
 
Suriyada daimi qalmaq razılaşması
 
Ümumilikdə, İshaq Changiri ilə İmad Hamis arasında əldə edilən 5 razılaşma bunları əhatə edir:
 
1. İranın telekommunikasiya şirkəti Suriyada mobil telefon şəbəkəsi quracaq.
 
2. İranın neft emal zavodu qurması üçün 5 min hektarlıq bir sahə təsis ediləcək.
 
3. 5 min hektarlıq bir sahə isə kənd təsərrüfatı işinin qurulması üçün İrana veriləcək.
 
4. Palmira şəhərinin cənubunda olan fosfat mədənlərini İranlı bir şirkət işlədəcək.
 
5. Suriyadakı böyük baş heyvan fermalarını Şam və Tehran ortaq işlədəcək.
 
Qeyd edək ki, Suriya rejimi bundan öncə Rusiya ilə müxtəlif razılaşmalar əldə edib. 
 
Rusiyaya Tartusdakı dəniz bazası ilə yanaşı, Lazkiyedə hava bazasının da verilməsi qərara alınıb. Həmçinin Rus ordusunun Suriyadakı bütün fəaliyyətlərindən Şam rejiminin məsul sayılacağı qəbul edilib. Eləcə də iki ölkə arasında 850 milyon dollar dəyərində infrastruktur razılaşması imzalanıb.
 








Redaktorun seçimi