"Türkiyədə Atatürkçülük ölə bilməz" - ŞƏRH

Hit: 440
"Türkiyədə Atatürkçülük ölə bilməz" - ŞƏRH

Türkiyə Respublikası Təhsil Nazirliyi, 9-12-ci siniflər üçün nəzərdə tutulmuş mövzularda müəyyən dəyişikliklər təklifi edib.

Bu dəyişikliklərin 2017-2018 tədris ilində tətbiq olunması nəzərdə tutulur.

“Atatürkçülük” mövzusunun işlənmə həcmi ciddi şəkildə azaldılıb. Dərsliklərə “15 İyul Demokratiya və Milli Birlik günü” mövzusunun əlavə edilməsi nəzərdə tutulur. Hazırlanan sənəddə “İctimai dəyərlərin daha çox mənimsənilməsi və təbliği sadəcə sinif mühiti ilə məhdudlaşdırılmamalıdır” təklifi qeyd olunub.

Atatürkçülük mövzusunun işlənmə həcminin azaldılmasını şərh edən tarixçi-alim Dilavər Əzmli Faktor.az-a bildirib ki,Türkiyədə heç bir zaman Atatürkçülük ölə bilməz.

"Mən dəqiq informasiya əsasında fikir yürütmək tərəfdarıyam. Bu informasiyanın doğruluğuna inanmıram. Türkiyədə heç bir zaman Atatürkçülük ölə bilməz. Çünki onun əsasını Atatürkçülük təşkil edir. Bu gün Türkiyəyə qarşı həm ideoloji, həm də silahlı hücumlar baş verməkdədir. Terror yolu ilə cəmiyyəti parçalamaq istədilər. Amma parçalaya bilmədilər. Bunu da görürlər. Dünya ilə təkbətək döyüşür Türkiyə! Amma bu mübarizədən də qalib çıxacaq. Türkiyə bu gün yenə də istiqlal dönəmini yaşamaqdadır. Əsas odur ki, cəmiiyyət bütövdür. Bu bütövlüyü parçalamaq üçün Atatürkün adından da istifadə edirlər. Mənim orada çoxlu millətçi dostlarım var. Onlar bu haqda mənə dərin məlumat verirlər. Belə məlumatlara rast gəlmədim. Bu gün AKP-nin özündə nə qədər desəniz millətçilər var. Türkiyə iqtidarı da daima milli mövqedən çıxış edir. Bu mənada məlumatın doğruluğuna inanmıram".

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi