Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb

Hit: 672
Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb

Rumıniya Hərbi Prokurorluğu 1990-cı il iyunun 13-15-də Buxarestdə keçirilmiş hökumət əleyhinə nümayişi dağıtmaq üçün şaxtaçılardan istifadə etdiyinə görə ölkənin keçmiş prezidenti İon İliyeskuya qarşı rəsmən ittiham irəli sürüb.

Bu barədə "Report" TASS-a istinadən məlumat verir.

"İliyeskuya qarşı cinayət işi açılıb. O, təqsirləndirilən şəxs statusu alıb. Hazırda müdafiəyə hazırlıq işləri ilə məşğuluq", - sabiq prezidentin vəkili Andrey Corcesku mətbuat nümayəndələrinə açıqlamasında deyib.

Təxminən bir saat prokurorluqda qalan keçmiş dövlət başçısının özü isə jurnalistlərlə söhbətdən imtina edib.









Redaktorun seçimi