Nə qədər lazımdırsa, o qədər də Suriyanın arxasındayıq - İran Türkiyəni arxadan necə vurdu?

Hit: 1167
Nə qədər lazımdırsa, o qədər də Suriyanın arxasındayıq - İran Türkiyəni arxadan necə vurdu?

"Nə qədər lazımdırsa, o qədər də Suriyanın arxasındayıq".

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik katibi deyib.

Onun sözlərinə görə, İranın Suriya məsələsinin həllində 4 maddədən ibarət təklifi var.

Bunlar: Atəşkəsin təmin edilməsi, islahatların aparılması, həll yolunun müzakirə edilməsi və seçkilərin keçirilməsindən ibarətdir.

Bununla yanaşı, İran Milli Təhlükəsizlik katibi Suriyanın gələcəyi ilə bağlı da açıqlamalar verib.

“Bütün tərəflər eyni zamanda terrorla mübarizə apararaq xarici yardımların kəsilməsi və milli müzakirələrə uyğunlaşmalıdırlar. Bizə görə, Suriya böhranının ən uyğun həll yolu budur”.

Onu da qeyd edib ki, səudiyyəlilərin regional siyasətlərini tənqid edərək onların Suriya və Yəməndə terror təşkilatlarını bəslədiyini bildirib.

Bununla da bir daha İran Türkiyəyə mesaj verib ki, Suriyada iki ölkənin maraqları kəsişir və problemlər davam edəcək.

 

Faktor.az









Redaktorun seçimi