Bu sirdən sonra Türkiyəni çözdülər - Ən zəif nöqtədən vurdular...

Hit: 3589
Bu sirdən sonra Türkiyəni çözdülər - Ən zəif nöqtədən vurdular...

Son vaxtlar Türkiyə iqtisadiyyatında baş verən çalxantılar, müxalifətdə AKP iqtidarı zamanı qazanılan iqtisadi sabitlik və yüksəlişin görüntü xarakterli olduğu dedi-qodularının yaranmasına səbəb oldu.

Belə ki, 2013-cü ilin dekabrından bu günə qədər Türkiyədə dolların məzənnəsi lirəyə nisbətdə 100 faizdən artıq güclənib. AKP hakimiyyətə gəldikdən sonrakı 11 ildə isə bu rəqəm 40 faiz idi.

Bəs, AKP-nin əldə etdiyi iqtisadi yüksəliş və hazırki çöküşün səbəbləri nələrdir?

Ədalət və İnkişaf partiyası 2002-ci il seçkilərində rəqiblərini sözün həqiqi mənasında əzərək (heç bir müxalifət partiyası 10 faizlik həddi keçə bilməmişdi) hakimiyyətə gəldi. Bunun başlıca səbəbi güclü iqdisadi böhran keçirən ölkədə yeni yaranmış siyasi partiyanın sabitlik və iqdisadi reformlar keçirməyi vəd etməsi idi. Sözünü tutan AKP Türkiyədə iqtisadi sabitlik yaradıb, bunu yüksəlişlə əvəz etdi.

Belə olan zaman bəs, necə oldu ki, 60 ildir ölkədə yüngül və yeyinti sənayesi, həmçinin turizm sektoru inkişaf etdiyi halda başqa sahəni inkişaf etdirmədən bu yüksəlişə stimul verə bildi?

Bunun əsas səbəbi qapalı SSRİ-nin dağılması idi. Bundan sonra 15 müstəqil ölkə keçid dövrü keçirirdi. Bu ölkələrə ən yaxın ölkə yüngül və yeyinti sənayesi inkişaf etmiş Türkiyə idi. Postsovet ölkələrinin demək olar ki, hamısı təbii sərvətlərlə zəngindir. İlk müstəqillik illərində bu mili sərvətlərin satılması üçün dünya ölkələri ilə müqavilələr imzalandı. Tərəflərdən biri isə əsas strateji yollar üzərində yerləşən, bu ölkələrə yaxın olduğu üçün daşıma xərcləri az olan Türkiyə idi.

Postsovet ölkələri imzaladıqları müqavilələrdən əldə edilən gəlirləri 2002-2003-cü illərdən götürməyə başladı. Keçən dövr ərzində isə boru xətləri çəkildi, digər lazımlı işlər görüldü. Bu ölkələr gəlir götürdükcə Türkiyə həm iştirak payını aldı, həm də 2003-cü ilə kimi bu ölkələrə verdiyi borcu almağa başladı. Bu da gəlirlərin kifayət qədər artması demək idi. Həmçinin dünyada məşhur olan türk tikinti şirkətləri ciddi layihələrdə iştirak edərək dövlət büdcəsinə xeyli vergi ödədilər.

Təkcə Rusiya-Türkiyə ticarət dövriyyəsinin həcmi 80 milyard dollardan çoxdur. Qapalı SSRİ-də isə Türkiyə bu imkanlardan məhrum idi. SSRİ-nin dağılması ilə həm də bu ölkələrdən Türkiyəyə turist axını başladı. Bu turistlərin Türkiyə büdcəsinə verdikləri xeyri başa düşmək üçün təyyarə böhranından sonrakı Türkiyə turizminə və əldə edilən gəlirə baxmaq lazımdır.

İkinci səbəb isə, ABŞ-ın dollar siyasətidir. Dünya iqtisadiyyatı, xüsusilə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı dolların faizindən çox asılıdır. Çünki bu ölkələrin heç birində yüksək texnologiya məhsullarının istehsal və ixracatı demək olar ki, yoxdur. Ağır sənaye isə çox zəif inkişaf edib. İstehsal etdikləri ağır sənaye məhsulları öz ehtiyaclarını belə qarşılamır. Neft qiymətləri isə ifrat dərəcədə baha olduğu vaxtlar ABŞ dolların faizini aşağı tutmaqla ölkə valyutalarının güclü olduğu görüntüsünü yaradırdı.

2014-cü ildə dünyada baş verən siyasi proseslər neftin kəskin ucuzlaşmasına səbəb oldu. Siyasətini dəyişən ABŞ dollarda faiz artımına getdi. Postsovet və ərəb ölkələrinin əsas gəlir mənbəyi neft ixracatıdır. Bu hal adıçəkilən ölkə valyutalarının kəskin ucuzlaşmasına səbəb oldu, həmçinin bu ölkələrlə əlaqəsi olan Türkiyəyə də. Əgər Türkiyə, digər inkişafda olan ölkələr kimi ağır sənaye, emal sənayesi və yüksək texnologiyaların istehsalını artırmasa, o zaman iqtisadi çöküş və böhran qaçılmazdır.

Rəhim Ramiz// Faktor.az









Redaktorun seçimi