İsraili etiraz dalğası bürüdü - Xalq ayağa qalxdı

Hit: 828
İsraili etiraz dalğası bürüdü - Xalq ayağa qalxdı

Təl-əvivdə Baş Nazir Binyamin Netanyahun siyasətinə etiraz məqsədlli üçün yürüş təşkil olunub.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, küçələrə axışan yüzlərlə etirazçı Netanyahunun istefasını istəyib.

Aksiya təşkilatçıları, Netanyahu hökumətinin yürütdüyü siyasət üzündən ekstremizm və irqçiliyin bədəlini ödədiklərini dilə gətiriblər.

Etirazçılar “Korrupsiya bitmir, hökumətə istefa" deyə çağırışlar ediblər.

Digər tərəfdən, İsraildəki "Vətəndaşın Hüquqları" adlı hesabatda, 2016-cı ilin İsraildə insan haqları baxımından uğurlu il olmadığı bildirilib.

İsrailin Fələstinlilərə qarşı davranışlarında ekstremizm ehtiva edən üsullar mənimsədiyi, hüquq və azadlıqlarını pozan, eyni zamanda, güc tətbiq etdikləri ilə bildirilən hesabatda, ərəblərə, Efiopiyalı və şərqli Yəhudilərə, qadın və əlillərə qarşı irqi ayrı-seçkilik səbəbindən baş verən hadisələrdə hər keçən gün artım olduğu bildirilib.

Faktor.az









Redaktorun seçimi