Bişkekdəki təyyarə qəzasına Türkiyədən reaksiya - İstənilən yardıma hazırıq

Hit: 597
Bişkekdəki təyyarə qəzasına Türkiyədən reaksiya - İstənilən yardıma hazırıq

Bu gün Bakı vaxtı ilə saat 5:31-də Qırğızıstan paytaxtı Bişkəkdə yerləşən “Manas” hava limanına eniş etməyə hazırlaşan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Faktor.az xəbər verir ki, ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla, 37 nəfərin həlak olduğu bildirilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə telefon danışığı zamanı Bişkek yaxınlığında yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istənilən yardıma hazır olduqlarını bildirib.









Redaktorun seçimi