İŞİD-ə daha bir zərbə - Əl-Babdan öncəki hədəf...

Hit: 732
İŞİD-ə daha bir zərbə - Əl-Babdan öncəki hədəf...

Fərat Qalxanı əməliyyatında Əl-Bab məsələsinin sürətlə davam etdiyi zamanda əməliyyatın intensivləşdiyi digər bir ərazi Bzagahdır.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən ərazi İŞİD-ın silah daşımaq üçün istifadə etdiyi yer olmaqla yanaşı, həm də Əl-Bab əməliyyatında həlledici əhəmiyyətə malikdir.

Əl-Babın İŞİD-dən təmizlənməsi üçün davam etdirilən əməliyyatda 12 İŞİD hədəfi məhv edilib.

Bzagah Türk Hava Qüvvələri tərəfindən vurulan ərazilər arasında yer alır, oranın ələ keçirilməsi İŞİD üçün ağır zərbə ola bilər.

Faktor.az









Redaktorun seçimi