11 husi döyüşçüsü öldürüldü

Hit: 279
11 husi döyüşçüsü öldürüldü

Yəmənin şərqindəki Şabva vilayətində "Ənsərullah" (husilər) hərəkatının silahlıları ilə baş vermiş döyüşdə 11 husi öldürülüb.

Faktor.az report-a istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı, həmçinin onlarla husi yaralanıb. Hökumət qüvvələrinə qarşı döyüşlərdə devrilmiş prezident Əli Abdulla Salihin tərəfdarları və husilər iştirak edirlər.

Qeyd edək ki, ölkədə hərbi qarşıdurma 2014-cü ilin sentyabrından davam edir.  









Redaktorun seçimi