Rusiyada yeniyetmə bütün ailə üzvlərini baltaladı

Hit: 415
Rusiyada yeniyetmə bütün ailə üzvlərini baltaladı

Rusiyada 17 yaşlı yeniyetmə məişət zəminində mübahisəyə görə nənəsini, atasını və bacısını qətlə yetirməkdə şübhəli sayılır.

Faktor.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə yanvarın 14-də Tambovsk vilayətinin Sosnovka qəsəbəsində baş verib. Evlərdən birində 67 yaşlı qadın, onun 43 yaşlı oğlu və 14 yaşlı qız nəvəsinin meyitləri tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Qısa müddət sonra 17 yaşlı yeniyetmə saxlanılıb. İstintaqın versiyasına görə, yanvarın 14-də səhər ailədaxili mübahisəyə görə qəzəbli olan yeniyetmə yuxuda olan nənəsinə, atasına və bacısına çoxsaylı balta zərbəsi endirib. Nənə və bacı hadisə yerində, xəstəxanaya çatdırılan ata isə az sonra xəstəxanada ölüb.









Redaktorun seçimi