Mosulu tərk edənlərin sayı 150 min nəfərə çatır

Hit: 422
Mosulu tərk edənlərin sayı 150 min nəfərə çatır

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 150 min nəfərə çatır.

Faktor.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı indiyə qədər şəhəri 148 min nəfərin tərk etdiyini açıqlayıb. Təkcə son həftə ərzində 12 min nəfərdən çox insan Mosulu məcburi tərk edib. 









Redaktorun seçimi