Dünyadan ard-arda açıqlamalar, Siyasətin qanı "qaraldı" - Hamı xofda, Tramp erası başlayır

Hit: 1564
Dünyadan ard-arda açıqlamalar, Siyasətin qanı "qaraldı" - Hamı xofda, Tramp erası başlayır
ABŞ-ın yeni prezidenti Trampın prezidentlik kürsüsündə oturmasına çox az müddət qalıb.
 
Ancaq Tramp indidən dünyanı bir-birinə qatıb.
 
ABŞ, İngiltərə, Rusiya və İsrail xəttində gərginlik artıb. Ölkələrdən ard-arda açıqlamalar gəlir.
 
ABŞ kəşfiyyatının,  Rusiyaya agentlik etməsi səbəbilə Trampla məxfi məlumatları paylaşmaması üçün İsrailə xəbərdarlıq etdiyi iddia edilir.
 
İngilis mətbuatı Trampa şantaj sənədinin ingilis hökümətinin icazəsi ilə hazırlandığını yazınca siyasi aləmdə müzakirələr qızışdı. Xəbər İngiltərədə mətbuata damğasını vurdu.
 
Ağ Ev qapılarının Londona bağlanma ehtimalı Avropa Birliyindən (AB) ayrılmağı müdafiə edən Brexitçileri təlaşlandırıb. AB-dən ayrılmaq tərəfdarları çirkli sənədlərin özlərini də hədəfə almış olmasından şübhələnir. 
 
"Zəmanət ver" çağırışı
 
Yaşanan son hadisələrin İngiltərə Baş naziri Teresa Mayın gələcək həftələrdə reallaşdıracağı Vaşinqton səfərini təhlükəyə atacağından narahatlıq duyulur. Nazirliyə İngilis hökumətinin "şantaj sənədləri" ilə bir əlaqəsi olmadığı barədə Trampı əmin etməsi barədə təzyiq artır.
 
Pekin də yeni ABŞ prezidentini savaşla təhdid edib. 
 
Pekin rəhbərliyi qarşı tərəfin onların Cənubi Çin dənizinə çatmalarına mane olacağı təqdirdə böyük bir savaş yaşanacağını bildirib.
 
 
İkinci sənəd var
 
BBC 2-ci bir sənədin olduğunu da bildirir. Xəbərdə "Şərqi Avropa kəşfiyyat masasının başındakı adamın" cinsi məzmunlu kasetlərinin olduğu deyilir.
 








Redaktorun seçimi