Allah dünyanı 7 günə yaratdı - Obamanın isə 2 günü var

660 dəfə oxunub
Allah dünyanı 7 günə yaratdı - Obamanın isə 2 günü var

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Barak Obamanın prezidentlik müddətinin bitməsinə qısa müddət qaldığını bildirərək narahatlığını ifadə edib.

Faktor.az xəbər verir ki, Barak Obamanın prezidentlik müddətinin bitməsinə 9 gün qalıb.

Zaxarova "Allah yeri 7 gündə yaratmışdır. Obamanın onu dağıtmaq üçün əlavə 2 günü də var" deyib.

Qeyd edək ki, Donald Trump yanvarın 20-də keçiriləcək vəzifəyə başlama tarixindən sonra işə başlayacaq.

Zaxarova, rəsmi Facebook hesabından bu bəyanatı verib:

“Hər gün Vaşinqtondan gələn xəbərləri oxuyuram: Rusiyaya yeni sanksiyalar, Suriya xadimlərinə çiyindən alovlanmalı raketlərin verilməsi, xarici siyasətin bütün sahələrində etdikləri tamamilə məntiqsizdir. Allah yeri 7 günə yaradıb. Obamanın onu dağıtmaq üçünsə əlavə 2 günü də qalır.  

Ötən Bazar Ertəsi günü ABŞ Maliyyə Nazirliyi, Magnitskiy Fərmanına əsaslanaraq Rusiya İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin və deputat Andrey Lugovoy daxil olmaqla, 5 rus vətəndaşına sanksiya tətbiq etdi.

30 dekabr 2016-cı ildə  ABŞ seçkilərə qarışdığı və Rusiyada çalışan ABŞ diplomatlarına edilən təzyiq səbəbindən Rusiya Federal Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat Xidməti daxil olmaqla, Rusiyanın 8 təşkilatına da sanksiyalar tətbiq etdi.

Dekabr ayının əvvəlində ABŞ Prezidenti Barak Obama, ABŞ-ın Suriyadakı müttəfiqlərinə silahların təhvili üçün məhdudiyyətləri aradan qaldırıb”.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi