Amerikadan gələn etiraf - Türkiyə daha da güclənəcək, kürdlər isə...

640 dəfə oxunub
Amerikadan gələn etiraf - Türkiyə daha da güclənəcək, kürdlər isə...

Səddamı mühakimə edən MKİ agenti Con Nikson Habertürk qəzetinə müsahibə verərək burada mühüm bəyanatlar verib.

Faktor.az xarici mətbuata istinadən müsahibəni təqdim edir.

- ABŞ-ın Suriya siyasəti sizcə, uğurludurmu? İran və Rusiyanın regionda artan gücü haqqında nə düşünürsünüz? ABŞ kənarlaşdırıldımı?  

 - ABŞ-ın Suriya siyasəti uğursuz və utanc vericidir. Tarixçilər Obamanın prezidentlik dövrünü yazanda məsuliyyətsiz Yaxın Şərq siyasəti bu tarixə ləkə salacaq. İŞİD-ə qalib gəlmək istəyiriksə, Suriya müharibəsi bitməlidir. ABŞ müharibəni bitirməyə məcburdur. Buna İran da daxildir. İranı illərlə təcrid etmək düzgün deyil.

Əsəd Səddam kimi getməməli

- Bəs, sizcə, Suriya müharibəsinin həlli nədədir?

- Təəssüf ki, ən yaxşı həll Əsədin yerində qalacağını qəbul etməkdir. Səddam kimi, Əsədin devrilməsi də hazırki çirkin mənzərəni daha da pis hala gətirə bilər. Əks halda, onun yaratdığı boşluğu radikallar dolduracaq.

- İraq üç yerə bölünəcəkmi? İraq və Suriyada müstəqil Kürdüstan yaratmaq mümkündürmü?

- Əvvəllər İraqın bölünməyəcəyini düşünürdüm. İndi isə düşünürəm ki, kürdlər əvvəl-axır müstəqilliklərini elan edəcəklər.

- Türkiyə-ABŞ münasibətləri çevriliş cəhdindən sonra daha da gərginləşdi. Türkiyədə bir təbəqə çevrilişin arxasında MKİ-nin olduğunu düşünür. Sizcə, bu doğrudurmu?

 - ABŞ-Türkiyə arasındakı gərginlik məni çox narahat edir. Bu vəziyyət Obama rəhbərliyinin məhsuludur. Gülənə məsələsinə gəlincə isə, Ankaranın Gülənin ABŞ-da olmasından duyduğu narahatlığı başa düşürəm, amma zərbənin ardında MKİ-nin olduğunu zənn etmirəm. ABŞ, güclü və sabit bir Türkiyə istəyir.

Atatürkə ən çox Ərdoğan yaxınlaşdı

- CIA-da vəzifəniz dünya liderlərini təhlil etmək idi. Ərdoğan, Putin və Trumpı necə təhlil edərdiniz?

- Ərdoğan məncə, Atatürkün gücünə ən çox yaxınlaşan türk lider oldu. Dünya siyasətində böyük hörmət qazandı. Başqa siyasətçiləri devirərək siyasi böhranları uğurla dəf edib. Türkiyə üçün yeni bir yol çəkir, bu yol Atatürkün yolundan çox Osmanlının yolunu davam etdirir. Putin siyasi məsxərə ustasıdır. ABŞ-ın 16 il ərzində pis idarə edilməsini çox yaxşı qiymətləndirib. Trump təhlil edilmək baxımından daha çətin bir şəxsiyyətdir. Xarici siyasət və milli təhlükəsizlik məsələlərindəki təcrübəsizliyi narahatlıq doğurur. Çox güman ki, düşmən bu zəifliklərindən istifadə edəcəkdir.

Faktor.az

 


loading...
loading...

Redaktorun seçimi