"Türkiyə Başikadan çəkilməlidir" - İraq Baş naziri danışdı

309 dəfə oxunub
"Türkiyə Başikadan çəkilməlidir" - İraq Baş naziri danışdı

“Türkiyə Başikadan çəkilmədikcə əlaqələr düzəlməz”.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər əl-İbadi deyib.

Nazirin sözlərinə görə, Ankara-Bağdad arasında böhranın aradan qaldırılması üçün Başika bazasındakı türk əsgərlər geri çəkilməlidir.

Xatırladaq ki, Türkiyə Baş naziri həftə sonu İraqa etdiyi səfərdə Heydər əl-İbadi ilə görüşmüşdü.

Görüşdən sonra verdiyi açıqlamada Başikanın İraq bazası olduğunu vurğulayıb.

Səfərlə bağlı bəyanatlar verən Baş nazir, Türkiyə və İraq arasında yeni bir dövrün başladığını söyləyib.  

Faktor.az


loading...
loading...

Redaktorun seçimi