Terrorçuları təbliğ edən müəllimlər tutuldu

181 dəfə oxunub
Terrorçuları təbliğ edən müəllimlər tutuldu

Türkiyədə 6 müəllim həbs edilib.

Faktor.az musavat.com-a istinadən bildirir ki, bu barədə Milliyet.com saytında xəbər yer alıb. Məlumata əsasən, Mardin əyalətinin Kızıltepe rayonunda PKK terror təşkilatının çağırışına uyaraq dərslərə girməyən və sosial şəbəkədə PKK-nın təbliğatını aparan 15 müəllim Kəzəltepe prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.

Belə ki, onların yaşadığı ünvanlara eyni zamanda basqın edilib və müəllimlər polis idarəsinə aparılıb. Məhkəməyə çıxarılan müəllimlərin 6-sı haqqında həbs qəti-imkan tədbiri seçilib. 9 müəllim isə məhkəmə zalından sərbəst buraxılıb.


loading...
loading...

Redaktorun seçimi