Əfqanıstanda silsilə PARTLAYIŞLAR - 27 ölü, 70 yaralı - YENİLƏNİB

274 dəfə oxunub
Əfqanıstanda silsilə PARTLAYIŞLAR - 27 ölü, 70 yaralı - YENİLƏNİB

20:57

Faktor.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, terakt nəticəsində ölənlərin sayı 38 nəfərə, xəsarət alanların sayı isə 72 nəfərə yüksəlib. Bu barədə Əqanıstan Səhiyyə Nazirliyinin əməkdaşı Mohibulla Zir bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında mülki vətəndaşlarla yanaşı 4 polis də var.

-----------

19:10

Kabildə baş vermiş partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.

Trend-in istinadən verdiyi məlumata görə, terror aktları nəticəsində 27 nəfər ölüb, 70 nəfər yaralanıb.

----------

17:30

Əfqanıstanın Leşkərgah şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər ölüb.

Faktor.az report-a istinadən xəbər verir ki, bu barədə Leşkəragah Şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, terrorçu-kamikadze partlayışı şəhərin təhlükəsizlik idarəsinin rəhbərliyinin yerləşdiyi binanın qarşısında törədib.

Yerli polis patlayışın Gilmənddə təhlükəsizlik qüvvələrinin təmsilçiləri ilə barışığa razı olan silahlılar arasında görüş keçirilən zaman baş verdiyini açıqlayıb. 

Eyni zamanda, ölkə paytaxtı Kabulda parlamentin binası yaxınlığında iki partlayış olub.

Yerli hökumət təmsilçisinin məlumatına görə, terrorçu-kamikadze partlayışı paytaxtın Darüləman rayonunda törədib.

Təsdiqlənməyən xəbərə əsasən, partlayış nəticəsində 50-yə yaxın insan ölüb və yaralanıb.


loading...
loading...

Redaktorun seçimi