Ərdoğana cərrah masasında - sui-qəsd

1581 dəfə oxunub
Ərdoğana cərrah masasında - sui-qəsd

Prezident Rəcəb Tayyib Ərdoğana 2012-ci ildə əməliyyat masasındaykən FETÖ tərəfindən sui-qəsd ediləcəyi iddiası 5 il sonra, ilk dəfə prokurorluğun istintaq işinə daxil olub.

Terror təşkilatı FETÖ tərəfindən planlaşdırılan sui-qəsd nəticəsiz qalıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən Əhməd Altan və Mehmet Altan hadisədə şübhəli bilinərək həbs olunmuşdu.

Xain planı dəstəklədilərmi?

Gizli şahidin söylədiyinə görə, sui-qəsd Ərdoğan əməliyyat olmadan bir həftə əvvəl planlaşdırılıb.

“Ələddin Qaya qonaqları ilə “İqtisadiyyat” qəzetindəki otağında idi. Öz aralarında danışarkən Qaya, bu iş xəstəxanada bitəcək dedi. Qarşısındakı adam da inşallah əzizim deyərək gülüşdülər".

FETÖ-nün çevriliş cəhdinə qarşı aparılan istintaq çərçivəsində Ankarada həbsdə olan Qaya bu barədə dindirilib.

Sözügedən şəxs isə bu haqda yalnızca mətbuatdan eşitdiyi qədər məlumatlı olduğunu bildirib.

15 gündən bir görüşürdülər

Ələddin Qayanın qəzetin sahibi Arslan, Əhməd Altan və Məmməd Baransu ilə 15 gündən bir görüşdüklərini deyən şahid, Qayanın Arslana zəng edib bir xəbər göndərəcəyini və bunu əsas səhifədə dərc etməsini istədiyinə şahid olduğunu deyib.

Qəzetin yönünü dəyişdirdi

Şahidin sözlərinə görə, 2009-cu ildə iqtisadi böhran səbəbindən təşkilata məxsus mətbəə firması satılıb, həmin tarixdən sonra isə qəzet yönünü dəyişib.  

Faktor.az


loading...
loading...

Redaktorun seçimi