Türkiyədə yenə qan axdı: şəhid və yaralılar var - YENİLƏNİB - VİDEO - FOTOLAR

1161 dəfə oxunub
Türkiyədə yenə qan axdı: şəhid və yaralılar var - YENİLƏNİB - VİDEO - FOTOLAR

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

Faktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.

Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.

***

Türkiyə təhlükəsizliu qüvvələri ilə atışmada iki terrorist ölü olaraq ələ keçrilib. Bir terrorçunun yaxalanması yönündə əməliyyatlar davam edir.

İlkin məlumata görə, partlayış nəticəsində bir polis və məhkəmə əməkdaşı həlak olub. 11 yaralı isə xəstəxanalara yerləşdirilib.


loading...
loading...

Redaktorun seçimi