Sərnişin təyyarəsi qəzaya uğradı - 47 nəfərdən xəbər yoxdur

Hit: 876
Sərnişin təyyarəsi qəzaya uğradı - 47 nəfərdən xəbər yoxdur

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi radarlardan itib.

Faktor.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb. Qəzet yazır ki, təyyarə yerli vaxtla 15.30-da Çitral şəhərindən çıxıb və 16.40-da İslamabadda enməli idi. 

“Daily Pakistan” isə şahidlərə istinadən xəbər verir ki, təyyarə qəzaya uğrayıb. 

İddia edilir ki, təyyarə dağa çarpılıb. Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olub. 









Redaktorun seçimi