Şəhər işğal olunacaq, 1,5 milyon insan öldürüləcək

Hit: 132
Şəhər işğal olunacaq, 1,5 milyon insan öldürüləcək
Şiələrin silahlı qrupu olan Haşdi Şabinin Mosul əməliyyatında yer alması sünnilər tərəfindən narahatlıqla qarşılanır.
 
Publika.az xəbər verir ki, İraqda sünni xalq hərəkatının sözçüsü Şeyx Faruk ez-Zufeyri Haşdi Şabinin Fəllucada olduğu kimi, Mosulda da mülki əhaliyə qarşı hücum edəcəyi ehtimalının olduğundan danışıb.
 
“Mosulda bir milyon yarım insanın həyatı təhlükədədir. Gözləntilərə görə, Haşdi Şabi Fəllucada etdiyi kimi, Mosulda da mülki əhaliyə hücum edəcək. Mosul hazırda ABŞ-ın dəstəklədiyi 80 min döyüşçü və 8 minə yaxın İran İnqilab Keşişçilər Korpusunun üzvü tərəfindən mühasirəyə alınıb. İŞİD-lə döyüşmək bəhanəsi ilə şəhərə girəcəklər və mülki əhaliyə atəş açacaqlar. Fəllucanın İŞİD-dən xilas edilməsi zamanı da eyni şeylər yaşandı. Əvvəlcə Haşdi Şabinin Fəlluca girməyəcəyi deyilirdi. Daha sonra onlar girdilər və hələ də Fəllucada onların qərargahı var”, - deyə o bildirib.
 
Zufeyri qeyd edib ki, İran Mosula nəzarəti ələ alarsa, İraqın şimalındakı kürd bölgəsinə və Suriyaya hakim olacaq:
 
“Livandakı Hizbullaha dəstək vermək üçün İrandan quru yolu ilə İraqdakı sünni bölgələrdən və Suriyadan keçərək getmək lazımdır. İran bu bölgələrdə dəhliz yaratmaq istəyir”, - deyə o bildirib.








Redaktorun seçimi