"Hələbdəki vəziyyəti Rusiyaya yükləmək saxtakarlıqdır!"

Hit: 444
"Hələbdəki vəziyyəti Rusiyaya yükləmək saxtakarlıqdır!"

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaharova, qərb dövlətlərinin Hələbdəki vəziyyətin günahını Rusiyaya atmalarını saxtakarlıq adlandırıb.

Zaharova, Hələbə insani köməklərin qərb dövlətlərinin dəstəklədikləri terroristlər tərəfindən ləğv edildiyini iddia edib.

Zaharova verdiyi açıqlamada, "Hələbdəki vəziyyətlə bağlı narahatlıq keçirən ölkələrin, daima kömək etdikləri terroristlər tərəfindən bütün köməklərin ləğv edildiyini bilmələri qorxuncdur. Bilirlər, susurlar və heç bir addım atmırlar."-deyib. 

 

//Faktor.az









Redaktorun seçimi