Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

Hit: 3048
Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub
Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.
 
Faktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.
 
Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:
 
“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.








Redaktorun seçimi