Yaponiyanın sabiq baş nazirinə hücum edilib, siyasətçi yaralanıb

Hit: 1945
Yaponiyanın sabiq baş nazirinə hücum edilib, siyasətçi yaralanıb
Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.
 
“Report” xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.
 
Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.
 
Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.







Redaktorun seçimi